Menyu

ABŞ Rusiyanın hərbi qurumlarını sanksiya siyahısına salıb

Operativ Media
ABŞ Rusiyanın hərbi qurumlarını sanksiya siyahısına salıb

ABŞ administrasiyası kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin yayılmaması haqqında daxili qanunvericiliyin pozulmasını əsas tutaraq Rusiyanın bir sıra qurumlarına və fiziki şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

​Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Federal Reyestrdə dərc olunmuş rəsmi bildirişində qeyd olunur. Sənədə əsasən, iyulun 24-dən qüvvəyə minən qərar İran, Şimali Koreya və Suriya ilə bağlı kütləvi qırğın silahları, habelə qanunsuz texnologiya mübadiləsi iddialarına dayanır. Qərar Dövlət katibinin silahlara nəzarət və silahların yayılmaması üzrə müavini Kristofer Ya tərəfindən təsdiqlənib.

​Sanksiya siyahısına Rusiya Müdafiə Nazirliyinin Baş Raket-Artilleriya İdarəsi, Perspektiv Növlərarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsi, Rusiya Quru Qoşunları və 1061-ci Maddi-Texniki Təminat Mərkəzi daxil edilib. Həmçinin "Gideon Alfa" və "International Invest Company" MMC kimi şirkətlər, eləcə də onların varisləri və törəmə qurumları da məhdudiyyətlərə məruz qalıb.

​Bununla yanaşı, ABŞ hökuməti beş Rusiya vətəndaşına — Andrey Qusev, Andrey Kosolapov, Vladislav Morozik, Aleksandr Prixodko və Sergey Tıbarevə qarşı da sanksiya tətbiq edib.

​Vaşinqton qeyd olunan tərəflərin beynəlxalq ixrac nəzarəti rejim altına düşən və ya qanadlı/ballistik raket sistemlərinin, kütləvi qırğın silahlarının yaradılmasında istifadə oluna biləcək mal, xidmət və texnologiyaların ötürülməsində iştirak etdiyini iddia edir. Lakin rəsmi qurumlar irəli sürülən ittihamların dəqiq təfərrüatlarını açıqlamayıb.

​Tətbiq edilən məhdudiyyətlər iki il müddətində qüvvədə olacaq. Bu çərçivədə ABŞ-nin bütün federal agentliklərinə həmin fiziki və hüquqi şəxslərdən məhsul və xidmət almaq, onlara hərbi təyinatlı mallar satmaq və ya müvafiq lisenziyalar vermək qadağan edilir. Müstəsna hallar yalnız ABŞ Dövlət katibinin xüsusi qərarı ilə mümkündür.

​Qeyd olunub ki, Vaşinqtonun öz daxili qanunvericiliyini ölkə hüdudlarından kənarda tətbiq etmək cəhdləri Rusiya tərəfindən dəfələrlə rədd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər