ABŞ "TRIPP Plus" layihəsinin maliyyələşdirilməsini 402 milyon dollara yüksəldib
Nicat Hüseynli
ABŞ hökuməti "TRIPP Plus Enterprise Fund" fonduna ayrılan maliyyəni iki dəfə artıraraq 201 milyon dollardan 402 milyon dollara yüksəldib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosu məlumat yayıb.
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya İşləri Bürosu 2026-cı il yanvarın 30-da "TRIPP Plus Enterprise Fund" fonduna 201 milyon dollar məbləğində qrant ayırıb. Proqramın icra müddəti 2036-cı il dekabrın 31-dək nəzərdə tutulub.
"İyulun 16-da qrantın şərtlərinə dəyişiklik edilərək maliyyələşdirmənin həcmi 201 milyon dollardan 402 milyon dollara çatdırılıb. Bununla yanaşı, proqramın başa çatma tarixi dəyişdirilməyib", - məlumatda qeyd olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net