Menyu

Qazaxıstan əcnəbilər üçün ödənişli elektron giriş icazəsi tətbiq etməyə hazırlaşır

Nicat Hüseynli
Qazaxıstan əcnəbilər üçün ödənişli elektron giriş icazəsi tətbiq etməyə hazırlaşır
1 dəq oxu

Qazaxıstanın Daxili İşlər Nazirliyi əcnəbilər üçün ölkəyə ödənişli elektron giriş icazəsinin tətbiqini nəzərdə tutan qərar layihəsini dərc edib.

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.

Qərar layihəsində elektron giriş icazəsinin qiyməti göstərilməyib. Qurumun izahatına görə, tətbiq ediləcək rüsum rəqəmsal infrastrukturun fəaliyyətinin təmin olunmasına və fərdi məlumatların qorunmasının maliyyələşdirilməsinə yönəldiləcək.

Ödənişli elektron giriş icazələrinin 2026-cı ilin avqust–dekabr ayları ərzində qüvvəyə minməsi nəzərdə tutulur.

Əlaqəli Xəbərlər