Menyu

Ermənistanın bir neçə vilayətində qəza səbəbindən elektrik kəsilib

Əsəd Abbaslı
Ermənistanın bir neçə vilayətində qəza səbəbindən elektrik kəsilib
1 dəq oxu

Ermənistanın bir sıra vilayətlərində baş verən qəza səbəbindən genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Elektrik Şəbəkələri (ENA) məlumat yayıb.

Məlumata görə, Şirak, Lori, Tavuş, Araqatsotn və Ararat vilayətlərində yerləşən bir sıra şəhər və kəndlər elektrik enerjisiz qalıb.

Qurum bildirib ki, buna səbəb Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin tabeliyində olan enerji istehsalı və ötürmə şəbəkələrində baş vermiş qəzadır.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və elektrik təchizatının bərpası istiqamətində təmir-bərpa işləri aparılır.

Əlaqəli Xəbərlər