Suriya İraq sərhədinə əlavə hərbi qüvvələr göndərib
Operativ Media
Suriya İraqla sərhəd boyunca hərbi birləşmələr yerləşdirib və ordunu maksimum döyüş hazırlığı vəziyyətinə gətirib.
Operativ Media xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Suriya Müdafiə Nazirliyi ordunun tam döyüş hazırlığı rejiminə keçirilməsi barədə göstəriş verib. Qərarın səbəbi rəsmi şəkildə açıqlanmayıb.
Bildirilir ki, bir neçə gün əvvəl Dəməşq Bağdada Suriya–İraq sərhədi yaxınlığında İranın dəstəklədiyi silahlı qrupların fəaliyyətinin müşahidə edildiyini çatdırıb.
Suriya tərəfi İraq ərazisindən ediləcək istənilən hücuma cavab veriləcəyini bəyan edib və Bağdadı öz ərazisinin Suriyaya qarşı əməliyyatlar üçün istifadə olunmasının qarşısını almağa çağırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net