Menyu

CENTCOM: 45 ticarət gəmisinin marşrutu dəyişdirilib

Operativ Media
CENTCOM: 45 ticarət gəmisinin marşrutu dəyişdirilib
1 dəq oxu

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz blokadasının bərpasından sonra 45 ticarət gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə CENTCOM-un “X” sosial şəbəkəsində yayılan məlumatında bildirilib.

Məlumata görə, avqustun 4-dək ABŞ hərbçiləri 45 kommersiya gəmisinin istiqamətini dəyişdirib, iki gəmini zərərsizləşdirib, daha iki gəmidə isə yoxlama aparıb.

Qeyd edək ki, bundan əvvəl CENTCOM Yaxın Şərqdə 20-dən çox ABŞ hərbi gəmisinin fəaliyyət göstərdiyini açıqlamışdı.

Xatırladaq ki, ABŞ iyulun 14-də İrana qarşı dəniz blokadasını yenidən tətbiq edib.

Əlaqəli Xəbərlər