Hörmüz boğazında son üç ayda 1000-dən çox gəmi ABŞ-nin köməyi ilə keçib
Operativ Media
Amerika hərbçiləri son üç ay ərzində mindən çox gəminin Hörmüz boğazından keçməsinə yardım ediblər.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Son üç ay ərzində ABŞ Silahlı Qüvvələri mindən çox gəminin boğazdan uğurla keçməsinə kömək edib", - deyə paylaşımda bildirilir.
Daha əvvəl ABŞ-nin Dövlət katibi Marko Rubio bildirib ki, Hörmüz boğazında normal gəmiçiliyin bərpası məsələsi ilə bağlı İranla danışıqlarda irəliləyiş müşahidə olunur, lakin hələlik yekun qərar yoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net