ABŞ Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib
Operativ Media
Birləşmiş Ştatlar Braziliyanın Vaşinqtondakı səfiri Mariya Luiza Ribeyro Viottinin vizasını ləğv edib.
Operativ Media xəbər verir ki, bu barədə "Reuters" ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu qərar Braziliya hakimiyyətinin ABŞ Prezidenti Donald Tramp administrasiyasının Amerikanın Braziliyadakı səfiri postuna namizədinə razılıq verməməsindən və bir neçə amerikalı diplomata viza verilməsindən imtinasından sonra qəbul edilib.
"Reuters" qeyd edib ki, əgər Braziliya ABŞ-nin diplomatik nümayəndəliyinin yeni rəhbərinə razılıq verərsə, Dövlət Departamenti Braziliya səfirinin vizasını bərpa etməyə hazırdır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net