Kosmosda nəzarətsiz qalan "SpaceX" raketi Aya çırpılacaq
Operativ Media
2025-ci ilin yanvarında kosmosa buraxılan "SpaceX Falcon 9" raketinin bir hissəsinin avqustun 5-də Ay səthinə çırpılacağı gözlənilir.
Operativ Media "Reuters"'ə istinadən xəbər verir ki, çəkisi dörd ton olan bu kosmik tullantı Günəş aktivliyi və cazibə qüvvələrinin təsiri ilə trayektoriyasını dəyişərək Yerin təbii peykinə tərəf yönəlib.
Şirkətin məlumatına görə, təsadüfi toqquşma saatda təxminən 8690 kilometr sürətlə Ayın qərb tərəfində yerləşən Eynşteyn kraterində baş verəcək.
Adətən missiyasını bitirən raket hissələri Yer atmosferində yansa da, Ay missiyası daha böyük güc tələb etdiyi üçün bu parça kosmosda nəzarətsiz qalmışdı. Mütəxəssislər toqquşmanın heç kim üçün təhlükə yaratmadığını və hətta elmi baxımdan kiçik bir maraq kəsb etdiyini bildirirlər.
Kosmik obyektlərin Aya düşməsi nadir hadisə olsa da, bu, ilk deyil. İllər ərzində həm Çin və ABŞ-nin raket hissələri, həm də Rusiyanın "Luna-25", İsrailin "Beresheet" və Hindistanın "Chandrayaan-2" kimi uğursuz eniş aparatı missiyaları Ay səthinə çırpılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net