Rusiyanın hücumu nəticəsində Kiyevdə 17 nəfər ölüb, 44 nəfər yaralanıb - YENİLƏNİB
Rusiyanın hücumu nəticəsində Kiyevdə 17 nəfər ölüb, 44 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O əlavə edib ki, hədəflər arasında anbarlar, infrastruktur və dəmir yolu stansiyası yer alıb.
Zelenski verdiyi açıqlamada bildirib ki, hücumda 24 ballistik raket, dörd Tsirkon və Oniks raketi və 115 dron iştirak edib.
***
10:19
Rusiya gecə ərzində Kiyev bölgəsinə ballistik raketlər və dronlarla genişmiqyaslı hücum edib.
Operativ Media xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.
Hücum nəticəsində 14 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Məlumata görə, ən çox itki Brovarı rayonunda qeydə alınıb və doqquz nəfər ölüb.
Hücum nəticəsində müxtəlif anbar binalarında genişmiqyaslı yanğın baş verib.