Menyu

Ermənistan XİN rəhbəri ABŞ nümayəndəsi ilə "Tramp marşrutu"nu müzakirə edib

Operativ Media
Ermənistan XİN rəhbəri ABŞ nümayəndəsi ilə "Tramp marşrutu"nu müzakirə edib
1 dəq oxu

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstounla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə "Tramp marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi məsələsi də müzakirə olunub.

Tərəflər 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sülh sammitindən sonra Cənubi Qafqazda sülh prosesində əldə edilmiş əhəmiyyətli irəliləyişi qeyd ediblər. Onlar regionun potensialının tam üzə çıxarılması üçün Bakı və İrəvan arasında sülhün vacibliyini vurğulayıblar.

Əlaqəli Xəbərlər