Menyu

Pezeşkian: İran Qəzza danışıqlarında HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Nicat Hüseynli
Pezeşkian: İran Qəzza danışıqlarında HƏMAS-ın mövqeyini dəstəkləyəcək
1 dəq oxu

İran prezidenti Məsud Pezeşkian İranın Qəzza üzrə davam edən danışıqlarda Həmas-ın mövqeyini dəstəkləyəcəyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə "Al jazeera" məlumat yayıb.

Məlumat görə, Pezeşkian bu barədə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyə ilə telefon danışığı zamanı danışıb.

O, İran Fələstin rəhbərliyinin danışıqlar prosesi çərçivəsində qəbul edəcəyi bütün tədbir, təşəbbüs və qərarları dəstəkləyəcəyini bildirib.

Əlaqəli Xəbərlər