Menyu

İran və Oman Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının yaradılmasını müzakirə edir

Nicat Hüseynli
İran və Oman Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının yaradılmasını müzakirə edir
1 dəq oxu

İran və Oman Hörmüz boğazında təhlükəsiz gəmiçilik marşrutlarının yaradılması üzrə danışıqlarda irəliləyiş əldə edib.

Operativ Media xəbər verir ki, bu barədə bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai məlumat verib.

Məlumata görə, iki sahilyanı ölkə arasında həm texniki, həm də siyasi səviyyədə aparılan danışıqlar gəmilər üçün təhlükəsiz giriş və çıxış marşrutlarının müəyyənləşdirilməsinə həsr olunub. Prosesdə hər iki tərəfin suveren hüquqları və təhlükəsizlik maraqları nəzərə alınır.

"İran Omanla əməkdaşlıq çərçivəsində strateji əhəmiyyət daşıyan bu boğazda gəmiçiliyin gələcək tənzimlənməsi üçün zəruri mexanizmlərin hazırlanması istiqamətində fəaliyyət göstərir", - deyə o, qeyd edib.

Əlaqəli Xəbərlər