Hakan Fidan pakistanlı həmkarı ilə fikir mübadiləsi aparıb
Operativ Media
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün Əmmanda (İordaniya) Qüds üzrə Nazirlər Toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb", - paylaşımda bildirilib.
Nazirlərin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardığı vurğulanıb.
Qeyd edək ki, Qüds məsələsi dedikdə əsasən bu şəhərin hüquqi statusu və müqəddəs məkanlarının idarə olunması ilə bağlı İsrail–Fələstin münaqişəsi nəzərdə tutulur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net