Menyu

Türkiyə mediası Azərbaycan prezidentinin köməkçisinin fikirlərini təhrif edib

Operativ Media
Türkiyə mediası Azərbaycan prezidentinin köməkçisinin fikirlərini təhrif edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə keçirdiyi görüşlə bağlı paylaşım edib.

Operativ Media-nın məlumatına görə o bildirib ki, görüş maraqlı keçsə də, “Türkiye Gazetesi”nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunan reportajda ona aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib.

Hikmət Hacıyev qeyd edib ki, məqalədə onun adına istinadən verilən bir sıra ifadələr həqiqəti əks etdirmir.

“Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, “Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib. Həmin məqalədə mənə istinadən verilən bir sıra ifadələr düzgün deyil.

Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər