Menyu

Gürcüstanda yenidən elektrik kəsintisi baş verib - YENİLƏNİB

Operativ Media
Gürcüstanda yenidən elektrik kəsintisi baş verib - YENİLƏNİB

Gürcüstanın enerji sisteminin tamamilə dayandırılması "Enquri" SES-in planlaşdırılan sınaqları ilə əlaqədardır.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının üzvü Giorgi Phangani məlumat verib.

Onun sözlərinə görə, qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün hazırda hadisənin ətraflı təhlili aparılır.

“Bu gün Dövlət Elektrik Sistemi "Enguri" SES-in bloklarında planlı sınaqlar keçirib. Məqsəd 24 və 25 iyul tarixlərində baş verən qəzaları nəzərə alaraq sistemdəki zəif nöqtələri müəyyən etmək və qiymətləndirmək idi. Sınaq digər tədbirlərlə yanaşı, Gürcüstan enerji sisteminin təcrid olunmuş rejimdə işləməsini də əhatə edib. Bu rejim, enerji sisteminin tamamilə bağlanması ehtimalı da daxil olmaqla, əhəmiyyətli texniki risklərlə əlaqələndirilirdi”, - deyə Giorgi Phangani bildirib.

20:39

Gürcüstanda elektrik enerjisinin verilişində yenidən genişmiqyaslı problem yaranıb.

Operativ Media xəbər verir ki, saat 20:10-dan etibarən Tbilisi və ölkənin əksər bölgələri işıqsız qalıb.

Qeyd edək ki, analoji elektrik kəsintiləri iyulun 24 və 25-də də qeydə alınmışdı.

Hazırda Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti baş verən elektrik kəsintiləri ilə bağlı sabotaj maddəsi üzrə araşdırma aparır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər