Cey Di Vens: Netanyahu ilə hər məsələdə eyni mövqedə deyilik
ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin baş naziri Binyamin Netanyahu ilə zaman-zaman müxtəlif məsələlərdə mövqe fərqlərinin yarandığını etiraf edib.
Operativ Media xəbər verir ki, C.D.Vens "Fox News" telekanalına müsahibəsində İsrailin Birləşmiş Ştatlar üçün vacib müttəfiq və tərəfdaş olduğunu, lakin Fransa və Böyük Britaniya kimi digər tərəfdaşlarla olduğu kimi, bəzən baxışların üst-üstə düşmədiyini diqqətə çatdırıb.
Dövlət rəsmisi vurğulayıb ki, onun vitse-prezident kimi əsas öhdəliyi yalnız öz ölkəsinin maraqlarını qorumaqdır. O qeyd edib ki, tərəflərin maraqları kəsişdikdə müştərək hədəflərə çatmaq yolları müzakirə olunur, baxışlar fərqli olduqda isə bu barədə açıq və səmimi fikir mübadiləsi aparılır.
İranla yaşanan münaqişənin tənzimlənməsi perspektivlərinə toxunan ABŞ rəsmisi bu prosesin yekunlaşmasına töhfə verməyə çalışdığını bildirib. Vitse-prezident əlavə edib ki, bu cür mürəkkəb məsələlərin həllində bəzən bir addım irəli, iki addım geri, bəzən isə əكسinə gedişatın olması təbiidir.