Menyu

Yaponiya nüvəsiz ölkə prinsiplərinə sadiq qalacağını bəyan edib

Operativ Media
Yaponiya nüvəsiz ölkə prinsiplərinə sadiq qalacağını bəyan edib

Yaponiya hökuməti atom silahına sahib olmamaq, onu istehsal etməmək və ölkə ərazisinə gətirməməkdən ibarət üç nüvəsiz prinsipə riayət etməkdə davam edəcək.

​Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Sanae Takaiti ABŞ-nin Hirosimaya həyata keçirdiyi atom bombardımanının 81-ci ildönümü münasibətilə "hibakuşa"lar (nüvə hücumundan sağ çıxanlar) ilə keçirilən görüşdə bəyan edib.

​Hökumət rəhbəri ölkənin üç nüvəsiz prinsipə sadiq qalacağını və nüvə silahından azad dünyanın yaradılması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb. Öz növbəsində, "hibakuşa" nümayəndələri hakim partiya və hökumət daxilində bu prinsiplərə baxılması ilə bağlı səslənən çağırışların qəbuledilməz olduğunu bildiriblər.

​Yaponiyanın nüvəsiz statusu qanunvericilikdə təsbit olunmasa da, indiyədək bütün hökumət rəhbərləri bu prinsipləri dəstəkləyiblər. Bununla belə, S.Takaitinin hakimiyyətə gəlişindən sonra mediada milli təhlükəsizlik strategiyasının yenidən işlənməsi çərçivəsində ABŞ nüvə silahının ölkəyə gətirilməsinə qoyulan qadağanın ləğv edilə biləcəyi iddia olunurdu. Baş nazir isə bu iddiaları təkzib edərək müvafiq tapşırıq vermədiyini bildirib, lakin məsələ ilə bağlı birbaşa suallardan yayınıb. Həmçinin İyul ayında Müdafiə naziri Şindziro Koidzuminin nüvə silahı barədə daha cəsarətli müzakirələr aparılması təklifi də ictimaiyyətin mənfi reaksiyasına səbəb olmuşdu.

​Xatırladaq ki, İkinci Dünya müharibəsinin sonunda Hirosima və Naqasakinin ABŞ tərəfindən bombalanmasına görə Vaşinqton hələ də mənəvi məsuliyyət daşımadığını bildirir. Keçmiş prezidentlər Barak Obama və Co Bayden adıçəkilən şəhərlərdəki memorialları ziyarət etsələr də, rəsmi üzrxahlıq etməyiblər, hazırkı prezident Donald Tramp isə dəvətlərə baxmayaraq hələ də bu abidələri ziyarət etməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər