Menyu

Politico: Vaşinqton və Kiyev kəşfiyyat əməkdaşlığını əvvəlki səviyyəyə qaytarıb

Operativ Media
Politico: Vaşinqton və Kiyev kəşfiyyat əməkdaşlığını əvvəlki səviyyəyə qaytarıb

ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin yenidən əvvəlki yüksək səviyyəyə çatdırıldığı bildirilir.

​Operativ Media xəbər verir ki, bu barədə "Politico" qəzeti avqustun 5-də amerikalı qanunvericilərə istinadən məlumat yayıb.

​Nəşrin yazdığına görə, Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədri Mark Uorner, senatordan Con Kornin, Rocer Uiker və Tim Keyn iki ölkə arasında kəşfiyyat məlumatlarının ötürülməsinin bərpa olunduğunu təsdiqləyiblər.

​Ağ Evin nümayəndəsi məsələyə münasibət bildirərək ABŞ Prezidenti Donald Trampın münaqişəni tənzimləmək niyyətində olduğunu vurğulayıb. Rəsmi şəxs Vaşinqtonun Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatların bitməsi üçün konstruktiv rol oynamağa davam edəcəyini və sülh sazişinin bağlanacağına ümid bəslədiyini diqqətə çatdırıb.

​Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Kiyev rejiminə Rusiya ərazisindəki obyektlərin hədəf alınması üçün kəşfiyyat məlumatlarının verilməsinin yolverilməzliyi barədə ABŞ-yə müntəzəm xəbərdarlıq edir. Onun sözlərinə görə, Amerika tərəfi bu xəbərdarlıqlara adətən ümumi sözlərlə cavab verir və ya cavabsız qoyur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər