Menyu

Türkiyə F-16-ları Baltikyanı ölkələrin hava məkanının mühafizəsinə başlayıb

Nicat Hüseynli
Türkiyə F-16-ları Baltikyanı ölkələrin hava məkanının mühafizəsinə başlayıb
1 dəq oxu

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus beş F-16 qırıcı təyyarəsi NATO-nun Baltik Hava Polisi missiyası çərçivəsində Estoniyada xidməti fəaliyyətə başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi jurnalistlərə məlumat verib.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, hərbi təyyarələrin və şəxsi heyətin Estoniyaya yerləşdirilməsi iyulun 31-də tamamlanıb. 

Avqustun 1-dən etibarən isə hava məkanında patrul uçuşlarının icrasına start verilib.

Sözügedən missiya NATO-nun regional təhlükəsizlik tədbirləri çərçivəsində həyata keçirilir və 2026-cı il noyabrın 30-dək davam edəcək.

Əlaqəli Xəbərlər