Menyu

Pekin 2029-cu il üçün Dünya Memarlıq Paytaxtı seçilib

Şəfa Hüseynli
Pekin 2029-cu il üçün Dünya Memarlıq Paytaxtı seçilib
1 dəq oxu

UNESCO və Beynəlxalq Memarlar İttifaqı (UIA) Pekini 2029-cu il üçün Dünya Memarlıq Paytaxtı elan edib.

Operativ Media xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilib ki, qərar proqramın Birgə Komitəsinin tövsiyəsi əsasında qəbul edilib.

Proqramın məqsədi davamlı şəhər inkişafının təşviqində memarlığın, şəhərsalmanın və mədəni irsin rolunu vurğulamaqdır.

Əlaqəli Xəbərlər