Türkiyə Milli Təhlükəsizlik Şurası keçirilib - YENİLƏNİB
Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) növbəti iclası baş tutub.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclas 2 saat 15 dəqiqə davam edib.
19:00
Türkiyənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) növbəti iclası Prezident Recep Tayyip Erdoğanın sədrliyi ilə keçirilir.
Operativ Media xəbər verir ki, TRT Haber-in məlumatına görə, iclas Prezident Administrasiyasının iqamətgahında baş tutur.
Məlumata əsasən, toplantıda parlamentə təqdim edilən "Terrorsuz Türkiyə" qanun layihəsi, terror təşkilatının silahı yerə qoyması prosesi və bununla bağlı kəşfiyyat məlumatları müzakirə olunur.
Bununla yanaşı, terrorla mübarizə tədbirləri, regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəmdə yer alıb.
İclasda həmçinin ABŞ–İran gərginliyi fonunda diplomatik təşəbbüslər, Qara dənizdə gəmiçilik təhlükəsizliyi, Kiprdəki son vəziyyət, Suriya və İraqdakı hadisələr, eləcə də İsrailin bölgədə həyata keçirdiyi hərbi əməliyyatların müzakirə ediləcəyi gözlənilir.
dəqiqələr içində saytın olsun.