Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoqu və yüksək səviyyəli təmasları yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.
Müzakirələr zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Tərəflər, həmçinin dəyişən regional və beynəlxalq təhlükəsizlik mühiti, aktual geosiyasi proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycan və Ukrayna arasında qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə davamlı əməkdaşlığın və praktiki əlaqələrin əhəmiyyəti bir daha təsdiqlənib.