Menyu

Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi ilə görüşüb
1 dəq oxu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, görüşdə regionda sülhün, sabitliyin və davamlı inkişafın qorunmasının, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq və həmrəyliyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İqor Klymenko Azərbaycanın Ukraynaya, o cümlədən ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər