Menyu

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə sazişi imzalanıb - YENİLƏNİB

Operativ Media
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında Məkkə sazişi imzalanıb - YENİLƏNİB
1 dəq oxu

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaqın yaradılmasına dair saziş imzalayıblar. 

Operativ Media xəbər verir ki, bu barədə "NTV" kanalı məlumat yayıb.

Tərəflər hərbi-texniki əməkdaşlığı genişləndirməyi, Yaxın Şərqdə regional böhranların həlli istiqamətində səyləri əlaqələndirməyi və kəşfiyyat məlumatlarının mübadiləsini gücləndirməyi planlaşdırırlar.

***
05:22

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalamaq niyyətindədirlər.

Bu barədə Operativ Media "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, sənədin cümə günü Ər-Riyadda imzalanması planlaşdırılır.

Sazişin təfərrüatları hələ açıqlanmır.

Daha əvvəl Türkiyə Prezident Administrasiyası dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın avqustun 7-də Səudiyyə Ərəbistanına işgüzar səfər edəcəyini və orada Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman əl-Səud, eləcə də Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcəyini təsdiqləyib.

Əlaqəli Xəbərlər