Tailandda məktəbdə atışmada ölənlərin sayı artıb - YENİLƏNİB
Tailandın Nonthaburi əyalətində məktəbdə baş verən atışmada hücumçu da daxil olmaqla yeddi nəfər həlak olub.
Operativ Media "Khaosod"a istinadən məlumatına görə, ölənlərdən üçü müəllim, üçü şagird və bir nəfər atəş açan şagirddir.
Məlumata görə, atıcı məktəb binalarından birində ölü tapılıb. İlkin məlumata görə, o, intihar edib.
Polis idarəsinin məlumatına görə, hadisə zamanı daha 15 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.
***
08:35
Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində iki nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Operativ Media xəbər verir ki, ilkin məlumatlara görə, hadisə nəticəsində iki müəllim həlak olub, daha üç müəllimin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanları və təcili yardım xidmətləri hadisə yerində işləyir.