ABŞ maliyyə naziri: İranla atəşkəs sazişi yaxın günlərdə imzalana bilər
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, ABŞ və İran arasında yeni atəşkəs sazişi artıq avqustun 7-si və ya 8-i imzalana bilər.
Operativ Media xəbər verir ki, nazir bu barədə "12News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, razılaşma 30 gündən 60 günədək müddətə atəşkəsin elan edilməsini, eləcə də Hörmüz boğazının açılmasını nəzərdə tuta bilər.
Nazir qeyd edib ki, Vaşinqton hərbi və iqtisadi sahələrdə Tehrana təzyiq göstərməkdə davam edir. O, xüsusilə ABŞ-ın "Epik qəzəb" əməliyyatını və ABŞ Maliyyə Nazirliyinin "İqtisadi qəzəb" təşəbbüsünü xatırladıb.
Bessent həmçinin bildirib ki, gələcəkdə Hörmüz boğazı əvvəlki kimi fəaliyyət göstərə bilməyəcək, çünki İran ondan təzyiq vasitəsi kimi istifadə edib. Onun sözlərinə görə, enerji axınlarının bir hissəsi alternativ marşrutlara yönləndirilə bilər.