Əbu-Dabiyə məxsus gəmi Hörmüz boğazında vurulub
Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmi (ADNOC) Hörmüz boğazında raketlə vurulub.
Operativ Media xəbər verir ki, bu barədə BƏƏ-nin WAM dövlət informasiya agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində heç kim xəsarət almayıb, vəziyyət nəzarətə götürülüb.
İraqın neft naziri Bəssem Məhəmməd Xudayr Hörmüzdəki vəziyyətə toxunaraq bildirib ki, İraq neftinin boğaz vasitəsilə ixracı 75% azalıb.
Onun sözlərinə görə, hazırda ölkə gündə təxminən 2,7 milyon barel hasil edir və 1,5 milyondan 1,7 milyon barelə qədər ixrac edir.
O həmçinin bildirib ki, İraq öz neftinin Hörmüz boğazı vasitəsilə ixrac imkanları barədə İranla dialoq aparır, lakin bu mexanizm hələ ki işləmir.
"Biz İraqdakı neft şirkətlərinə edilən hər hansı hücumu inkar edirik və onlara zərər dəyəcəyi təqdirdə kompensasiya ödəməyə razılaşmışıq", - nazir bildirib.