Menyu

Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdıracaq ? - YENİLƏNİB

Operativ Media
Türkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdıracaq ? - YENİLƏNİB

Türkiyə boğazlarından Qara dənizə keçən gəmilərin hərəkətinə heç bir məhdudiyyət tətbiq edilmir.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" Türkiyənin rəsmi şəxslərinə istinadən məlumat yayıb.

Bildirilib ki, gəmilərin keçidi Montrö Konvensiyasına uyğun olaraq sərbəstdir.

Qeyd edək ki, bundan əvvəl Bloomberg Türkiyənin Rusiya və Ukrayna tərəfindən gəmilərə hücumların artmasından narahat olaraq kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırdığı barədə məlumat yaymışdı.

08.08.2026 - 17:32

Türkiyə bölgədə Rusiya və Ukrayna tərəfindən gəmilərə hücumların intensivləşməsindən narahat olaraq ticarət gəmilərinin Qara dənizə keçidinə məhdudiyyətlər tətbiq edir.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyənin Sahil Mühafizəsi Baş İdarəsi neft və taxıl ixracının əsas mərkəzlərindən biri olan Novorossiyskə yollanan bir neçə gəmiyə xəbərdarlıq göndərib.

Bildirilib ki, hazırkı vəziyyətdə bəzi gəmilərin keçidinə icazə verilmir, digər hallarda isə Dardanel boğazından keçid üçün müraciətlərin qiymətləndirilməsi daha çox vaxt aparır.

Məhdudiyyətlərin nə qədər müddət davam edəcəyi və hansı sayda gəmini əhatə etdiyi hələlik açıqlanmayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər