Menyu

Əraqçı: Hörmüz boğazının açılması üçün ABŞ İrana təzminat ödəməlidir

Nicat Hüseynli
Əraqçı: Hörmüz boğazının açılması üçün ABŞ İrana təzminat ödəməlidir
1 dəq oxu

İranın xarici işlər naziri Abbas Əraqçı İran və Oman arasında Hörmüz boğazı ilə bağlı yeni protokolun razılaşdırılmasına çox yaxın olduqlarını bildirib.

Operativ Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı sosial şəbəkə hesabında paylaşım edib.

O, boğazın yenidən açılmasının Omanla əldə olunacaq razılaşmadan əlavə digər şərtlərdən də asılı olduğunu qeyd edib.

Bildirib ki, şərtlərdən biri ABŞ-nin İslamabad Memorandumunu pozmasına görə İrana təzminat ödəməsidir.

Əlaqəli Xəbərlər