ABŞ Hörmüz boğazından müharibədən əvvəlki həcmdə neft tədarükünə ümid edir
Operativ Media
ABŞ vitse-prezidenti J.D. Vens Vaşinqtonun İranla danışıqların nəticəsində Hörmüz boğazından müharibədən əvvəlki həcmdə neft və qaz tədarükünün bərpa olunacağına ümid etdiyini bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
O, İranın Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etmək niyyətində olmadığını və Fars körfəzi ölkələrinin də enerji tədarükünün əvvəlki səviyyəyə qayıtmasını istədiyini qeyd edib.
"Vaşinqton İranla razılaşma əldə olunacağı təqdirdə regiondan əvvəlki həcmdə neft və qaz ixracının bərpa ediləcəyini gözləyir", - deyə o, bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net