Menyu

Rubio: ABŞ Cənubi Qafqazda özəl investisiyaların təşviqi üçün 201 milyon dollar ayırıb

Nicat Hüseynli
Rubio: ABŞ Cənubi Qafqazda özəl investisiyaların təşviqi üçün 201 milyon dollar ayırıb

ABŞ hökuməti Cənubi Qafqazda özəl sektora investisiyaların təşviq edilməsi məqsədilə Trans-Xəzər Müəssisə Fonduna 201 milyon dollar vəsait ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlamasında bildirib.

Onun sözlərinə görə, ayrılan vəsait Transxəzər ticarət marşrutu, yəni Orta Dəhliz boyunca Cənubi Qafqaz və Mərkəzi Asiyanın özəl sektoruna investisiyaların təşviqinə yönəldiləcək.

“Bu gün Trans-Xəzər Müəssisə Fondunun yeni seçilmiş direktorlar şurasının rəhbərliyi ilə fəaliyyətə başladığını və ABŞ hökumətinin Cənubi Qafqaz və Mərkəzi Asiyada özəl sektor investisiyalarını təşviq etmək məqsədilə 201 milyon dollar kapital ayırdığını elan etməkdən məmnunam”, – deyə o, qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər