Menyu

Nigerdə iki avtobusun toqquşması nəticəsində 22 nəfər həlak olub

Operativ Media
Nigerdə iki avtobusun toqquşması nəticəsində 22 nəfər həlak olub
1 dəq oxu

Nigerin cənubunda iki sərnişin avtobusunun toqquşması nəticəsində 22 nəfər həlak olub, 37 nəfər xəsarət alıb.

Operativ Media Nigerin mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, avtobuslardan biri yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib. Avtobus sürücüləri hadisə yerindəcə həlak olublar.

Qeyd edilib ki, avtobuslardan birində Nigerin 17 hərbi qulluqçusu olub.

Əlaqəli Xəbərlər