Menyu

ABŞ və Hindistan strateji tərəfdaşlığın inkişafını müzakirə edib

Operativ Media
ABŞ və Hindistan strateji tərəfdaşlığın inkişafını müzakirə edib

ABŞ-nin vitse-prezidenti Cey Di Vens və Hindistanın baş naziri Narendra Modi arasında baş tutan telefon danışığında iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

​Operativ Media xəbər verir ki, bu barədə Hindistanın baş naziri Narendra Modi "X" sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

​O, ABŞ vitse-prezidentinin ona zəng etdiyini, tərəflərin Hindistan və ABŞ arasında əsas sahələr üzrə hərtərəfli qlobal strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi yollarını müzakirə etdiklərini bildirib. N.Modi, həmçinin Cey Di Vensi və xanımını oğul övladının dünyaya gəlməsi münasibətilə təbrik etdiyini əlavə edib.

​"The Times of India" nəşrinin məlumatına görə, tərəflər ticarət, müdafiə, texnologiya və faydalı qazıntılar sahələrində əməkdaşlıq perspektivlərinə toxunublar. Qəzet bu telefon danışığının ABŞ Senatının Hindistan da daxil olmaqla beş ölkə üçün Rusiya neftinin alınmasına dair sanksiyaları qəbul etməsindən sonra baş tutduğunu vurğulayıb.

​Xatırladaq ki, ABŞ Konqresinin Senatı Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Əvvəllər təklif edilən Rusiya energetika resurslarını alan ölkələrdən idxala 500 faizlik rüsumların tətbiqi təşəbbüsü əvəzinə, Rusiya nefti və təbii qazının ən böyük beş alıcısına, eləcə də Rusiyaya energetika sahəsindəki Qərb sanksiyalarından yayınmağa kömək etdiyi iddia olunan beş dövlətə 100 faizlik tariflərin tətbiq olunması təklif edilir. Senat, həmçinin "kölgə donanması"na qarşı da sanksiyaların tətbiqini irəli sürüb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər