Menyu

Zelenski: Odessa limanına və energetika infrastrukturuna ciddi ziyan dəyib

Operativ Media
Zelenski: Odessa limanına və energetika infrastrukturuna ciddi ziyan dəyib
1 dəq oxu

Ukraynanın Odessa limanı, eləcə də Odessa və Pavloqrad şəhərlərində yerləşən energetika obyektləri ciddi zədələnib.

​Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında məlumat paylaşıb.

​Dövlət başçısının sözlərinə görə, Odesada elektrik təchizatının bərpası istiqamətində təmir işləri davam etdirilir. O, həmçinin gecə saatlarında Odessa limanına və Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərindəki energetika infrastrukturuna böyük ziyan dəydiyini vurğulayıb.

​Bundan əvvəl, avqustun 9-da Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Odessa limanında yerləşən yanacaq-sürtkü materialları və hərbi əmlak anbarlarına zərbə endirildiyi haqqında məlumat yayıb.

Əlaqəli Xəbərlər