Menyu

Abbas Əraqçi İranın ABŞ ilə birbaşa danışıqlar aparmadığını bildirib

Operativ Media
Abbas Əraqçi İranın ABŞ ilə birbaşa danışıqlar aparmadığını bildirib
1 dəq oxu

İran hazırda Birləşmiş Ştatlar ilə birbaşa danışıqlar aparmır, lakin tərəflər arasında vasitəçilər vasitəsilə mesaj mübadiləsi davam edir.

​Operativ Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi özünün "Telegram" kanalında bildirib.

​Nazirin sözlərinə görə, təmasların bərpasına zəmin yaratmaq məqsədilə dolayısı ilə məlumat mübadiləsi həyata keçirilir. XİN rəhbəri həmçinin vurğulayıb ki, Vaşinqton qarşılıqlı anlaşma memorandumunun pozulmasına görə məsuliyyətini dərk edib səhvini düzəltməyənədək iki ölkə arasında dialoqun bərpası mümkün deyil.

Əlaqəli Xəbərlər