Menyu

Yəməndə husilər Qırmızı dəniz sahilindəki Moxa limanına hücum edib

Operativ Media
Yəməndə husilər Qırmızı dəniz sahilindəki Moxa limanına hücum edib
1 dəq oxu

Yəmənin "Ənsar Allah" hərəkatına mənsub husi qiyamçıları Qırmızı dəniz sahilində yerləşən Moxa limanına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endiriblər.

​Operativ Media xəbər verir ki, bu barədə Yəmən hərbi mənbələrinə istinadən Səudiyyə Ərəbistanının "Al Arabiya" telekanalı məlumat yayıb.

​Məlumata görə, hücum nəticəsində liman infrastrukturuna ziyan dəyməsi və ya xəsarət alanların olması barədə hələlik heç bir məlumat verilmir.

​Qeyd edək ki, Moxa limanı Yəmənin cənub-qərbindəki Taiz əyalətində yerləşir və ölkənin beynəlxalq səviyyədə tanınmış hökumət qüvvələrinin nəzarəti altındadır.

Əlaqəli Xəbərlər