Menyu

Pentaqon silah və sursat istehsalının artırılmasını tələb edib

Operativ Media
Pentaqon silah və sursat istehsalının artırılmasını tələb edib

ABŞ Müdafiə Nazirliyi İrana qarşı hərbi əməliyyatlar fonunda yaranan defisit səbəbindən ölkənin hərbi-sənaye kompleksindən silah və hərbi sursat istehsalı ilə tədarükünü sürətlə artırmağı tələb edib.

​Operativ Media xəbər verir ki, bu barədə "Washington Post" qəzeti nazirliyin xidməti sənədinə istinadən məlumat yayıb.

​Nəşrin bildirdiyinə görə, Pentaqon rəhbərinin müavini Stiven Faynberq hərbi podratçılara silah tədarükünün templərini ciddi şəkildə artırmaqla bağlı planlarını təqdim etmək üçün üç həftə vaxt verib. Faynberq məktubunda illərlə davam edə biləcək işlənmə proseslərinin qəbulolunmaz olduğunu və istehsalın həcmi ilə sürətinin dərhal artırılmasının vacibliyini vurğulayıb.

​Qəzetin ABŞ administrasiyasındakı mənbələrə istinadla daha əvvəl yaydığı məlumatda Prezident Donald Trampın Müdafiə naziri Pit Herset tərəfindən İrandakı müharibə zamanı tükənən silah ehtiyatları barədə yanlış məlumatlandırıldığını düşündüyü qeyd olunub. Tramp bir qədər sonra bəyan edib ki, ölkədə sursat çatışmazlığı ilə bağlı mətbuata sızdırılan məlumatlara görə məsuliyyət daşıyan şəxslər artıq axtarılır və onlar həbs cəzası ilə üzləşə bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər