Menyu

Xamenei Pezeşkianla görüşüb

Operativ Media
Xamenei Pezeşkianla görüşüb
1 dəq oxu

İranın Ali rəhbəri Müctəba Xamenei ölkə Prezidenti Məsud Pezeşkianla görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə M. Xamenei "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Görüşdə İranın iqtisadi və hərbi məsələləri, eləcə də ölkənin qarşılaşdığı əsas problemlər müzakirə olunub.

Tərəflər əhalinin ehtiyaclarının təmin edilməsi, müharibənin mövcud şəraiti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Həmçinin hərbi sahənin inkişafı, valyuta və enerji ehtiyatlarının təmin edilməsi, xərclərin idarə olunması və xarici tərəflərlə qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Əlaqəli Xəbərlər