Menyu

Vuçiç: Genişmiqyaslı müharibənin astanasındayıq

Operativ Media
Vuçiç: Genişmiqyaslı müharibənin astanasındayıq
1 dəq oxu

Serbiya Prezidenti Aleksandar Vuçiç Avropanın daha genişmiqyaslı silahlı münaqişə astanasında olduğunu bildirib.

Operativ Media xəbər verir ki, o, bunu "Axel Springer"in İdarə Heyətinin sədri Mathias Döpfnerin podkastında deyib.

Serbiya Prezidenti Ukraynada sülhə nail olunması istiqamətində səylərin nəticə vermədiyini qeyd edib.

“Düşünürəm ki, biz daha böyük müharibənin başlanğıcındayıq. Mən ümid edirdim ki, kimsə Ukraynada sülhə nail olmaq üçün səy göstərəcək, lakin bu baş vermədi və yaxın vaxtlarda da baş verməyəcək. Bu da o deməkdir ki, biz daha genişmiqyaslı müharibənin astanasındayıq”, - deyə Vuçiç bildirib.

Əlaqəli Xəbərlər