Menyu

Nyu-Yorkda gəmi aşıb

Operativ Media
Nyu-Yorkda gəmi aşıb
1 dəq oxu

ABŞ-nin Nyu-York şəhərində Azadlıq heykəlinin yerləşdiyi Liberti adası yaxınlığında gəminin aşması nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

Operativ Media "ABC News" telekanalına istinadən xəbər verir ki, gecə saatlarında baş verib.

Həlak olanlar 27 yaşlı qadın və beş aylıq qızdır.

Hadisə nəticəsində xəsarət alan 12 nəfərin vəziyyətinin yüngül olduğu və xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Əlaqəli Xəbərlər