Menyu

Husilərin Yəmənə hücumunda ölənlərin sayı 7-yə çatdı

Operativ Media
Husilərin Yəmənə hücumunda ölənlərin sayı 7-yə çatdı
1 dəq oxu

Ötən gün husilərin Yəmənin qərbində yerləşən Əl-Muha şəhərinə və limanına olan raket, PUA hücumları nəticəsində 4-ü hərbçi, 3 mülki şəxs olmaqla 7 nəfərin həyatını itirdiyi, əksəriyyəti mülki şəxslər olmaqla 30 nəfərin yaralandığı açıqlanıb.

Operativ Media xarici mediaya istinadən xəbər verir ki, ordu sözçüsü polkovnik Macid ən-Nüzeyli hücumlar zamanı hərbi mövqelərlə yanaşı, mülki yaşayış məntəqələrinin, infrastrukturun, vətəndaşların evlərinin, elektrik enerjisi istehsalı müəssisələrinin və şəhərdəki bəzi mülki obyektlərin də hədəf alındığını qeyd edib.

Ordu sözçüsü bu hücumu beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması kimi qiymətləndirib.

Əlaqəli Xəbərlər