Menyu

İran ABŞ ilə danışıqlarda dondurulmuş aktivlərinə çıxış əldə etməyə çalışır

Operativ Media
İran ABŞ ilə danışıqlarda dondurulmuş aktivlərinə çıxış əldə etməyə çalışır
1 dəq oxu

İran nümayəndələri ABŞ ilə keçirilən görüşlərdə əsas diqqəti dondurulmuş maliyyə vəsaitlərinə çıxış əldə etməyə yönəldirlər.

​Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.

​Diplomatın sözlərinə görə, rəsmi Tehran hazırda Hərbi Dəniz Qüvvələrinin naziri Pit Hegsetdən çox ABŞ-nin Maliyyə naziri Skott Bessentdən çəkinir. Uolts vurğulayıb ki, iranlı təmsilçilər danışıqlar masası arxasında yalnız maliyyə məsələlərini qabardır və dondurulmuş aktivlərinə bərpa olunması üçün davamlı xahişlər edirlər.

​Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalanıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ Hürmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların pozulduğunu iddia edərək İrana qarşı genişmiqyaslı zərbələri yenidən bərpa edib.

Əlaqəli Xəbərlər