Menyu

İnternetin xəbərdarlıqsız kəsilməsi hüquqidirmi? – Vəkil danışır

Operativ Media
İnternetin xəbərdarlıqsız kəsilməsi hüquqidirmi? – Vəkil danışır

Gündəlik həyatın və biznes proseslərinin ayrılmaz hissəsinə çevrilən internet xidmətlərində yaranan qəfil kəsintilər istifadəçilər üçün ciddi problemlər yaradır.

Bəs provayderlərin xidməti xəbərdarlıq etmədən dayandırması hüquqidirmi? Belə hallarda istehlakçıların hansı hüquqları var və dəymiş maddi-mənəvi zərər necə kompensasiya olunmalıdır?

Mövzu ilə bağlı Operativ Media-ya danışan vəkil Turan Abdullazadə bildirib ki, internet xidmətinin əvvəlcədən xəbərdarlıq edilmədən dayandırılması, əgər qanunvericilikdə və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, abunəçinin hüquqlarının pozulması kimi qiymətləndirilə bilər:

"Bu öhdəliklər yerinə yetirilmədikdə, provayderlər inzibati məsuliyyət daşıyır və cərimələr nəzərdə tutulur".

O bildirib ki, əgər provayderin təqsiri nəticəsində xidmətin dayandırılması və ya düzgün göstərilməməsi nəticəsində abonentə zərər dəyibsə, Mülki Məcəlləyə əsasən borclu (provayder) öz risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və zərərin əvəzini ödəməlidir. Abonentlər hüquqlarının pozulması və zərərin kompensasiyası üçün məhkəməyə müraciət edə bilər və inzibati orqanların ümumi hüquqi öhdəliklərinin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiya tələb edə bilərlər:

“Praktikada, provayderlər texniki və inzibati səhvlərin qarşısını almaq üçün uçot və məlumatlandırma öhdəliklərinə ciddi əməl etməli, xidmətin dayandırılması və ya dəyişikliklər barədə vaxtında məlumat verməlidirlər. Abonentlər isə hüquqlarının pozulması və zərərin ödənilməsi üçün inzibati və ya məhkəmə qaydasında iddia qaldıra bilərlər.

İnternet xidmətləri və provayderlərin göstərdiyi xidmətlər də istehlakçı hüquqları ilə qorunur. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən, xidmət göstərən icraçılar (buraya internet provayderləri də daxildir) istehlakçıların hüquqlarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 

İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, o cümlədən xidmətlərin göstərilməsində normativ sənədlərin tələblərinə əməl edilməməsinə görə provayderlər inzibati məsuliyyətə cəlb edilə bilər.

Belə ki, İXM-nin 447-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına - yəni, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına; standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər