Menyu

Azərbaycan və Ukrayna səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq edəcək

Operativ Media
Azərbaycan və Ukrayna səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Ukrayna səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq edəcək.

Operativ Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərəcək.

Qeyd edək ki, sözügedən saziş 2025-ci il noyabrın 1-də Bakı şəhərində imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər