Filippində musson və tropik siklonlar 13 nəfərin ölümünə səbəb olub
Şəfa Hüseynli
Filippinin bəzi yerlərində güclü cənub-qərb mussonu və tropik siklonlar nəticəsində 13 nəfər ölüb, 14 nəfər yaralanıb, daha doqquz nəfər itkin düşüb.
Operativ Media xəbər verir ki, bu barədə Filippinin Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Bildirilib ki, fəlakət ölkənin 10 bölgəsində 1,3 milyondan çox insana təsir edib.
Hadisə yerində polis və yanğınsöndürmə bölmələri axtarış-xilasetmə əməliyyatları iştirak edir.
Qeyd edilib ki, 58 mindən çox insan evakuasiya mərkəzlərində yerləşdirilib, daha 40 min nəfər isə müvəqqəti yaşayış yerlərindən kənarda yardım alır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net