Kolumbiyada zəlzələ nəticəsində 111 nəfər ölüb - YENİLƏNİB 3
Kolumbiyada güclü zəlzələdən sonra ölənlərin sayı 111-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə ölkə prezidenti məlumat verib.
Zəlzələ ilə bağlı ölkədə fövqəladə vəziyyət elan olunub.
19:29
Kolumbiyanın Pereyra şəhərində baş verən Zəlzələ nəticəsində (Risaralda departamenti) 18 nəfər ölüb.
Operativ Media xəbər verir ki, bu barədə şəhərin meri Maurisio Salasar məlumat yayıb.
"Hazırda zəlzələ nəticəsində 18 nəfər həlak olub", - deyə qeyd edilib.
Hazırda ölənlərin ümumi sayı 31 nəfər təşkil edib.
18:41
Kolumbiyanın qərbində 7,4 bal gücündə zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, bu barədə şəhər meri məlumat verib.
Bildirilib ki, zəlzələ nəticəsində azı 20 bina dağılıb, bəzi insanlar isə dağıntılar altında qalıb.
Xilasetmə və fövqəladə hallar xidmətləri dağıntılar altında qalan insanların axtarışını davam etdirir.
Hadisənin miqyası və zərərçəkənlərin sayı dəqiqləşdirilir.
16:59
Kolumbiyada 6.8 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 134 min əhalisi olan Kartaqo şəhərindən 31 kilometr şimal-qərbdə, 115 kilometr dərinlikdə yerləşib.
dəqiqələr içində saytın olsun.