Menyu

Xamenei SEPAH-a yeni rəhbər təyin edib

Operativ Media
Xamenei SEPAH-a yeni rəhbər təyin edib
1 dəq oxu
İranda hərbi vəzifələrə yeni təyinatlar həyata keçirilib.

Operativ Media xəbər verir ki, İranın Ali rəhbəri Müctəba Xamenei bununla bağlı fərman imzalayıb.

Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargah rəisi, briqada generalı Keyumers Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini təyin edilib.

Bundan başqa, Əhməd Vahidi SEPAH-ın baş komandanı vəzifəsinə yüksəlib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanlığı Əli Əzmaiyə, "Bəsic"in rəhbərliyi isə Hüseyn Taibə həvalə edilib.

Əlaqəli Xəbərlər