Menyu

Zelenski: Ukrayna Rusiyanın 2 500 kilometr dərinliyindəki neft obyektini vurub

Əsəd Abbaslı
Zelenski: Ukrayna Rusiyanın 2 500 kilometr dərinliyindəki neft obyektini vurub
1 dəq oxu

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın neft emalı sənayesinə məxsus daha bir obyektə zərbə endirib.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram hesabında paylaşım edib.

Onun sözlərinə görə, zərbə Sibirdə yerləşən Tobolsk şəhərindəki obyektə endirilib və hücum 2 500 kilometrdən çox məsafədən həyata keçirilib.

Zelenski bunu Ukrayna ordusunun uzaqmənzilli zərbələri baxımından mühüm nailiyyət adlandırıb.

O, Rusiyanın dərinliklərinə yeni zərbələrin endiriləcəyini və bunun ölkə rəhbərliyinə müharibənin deyil, sülhün yeganə çıxış yolu olduğunu göstərməli olduğunu bildirib.

Əlaqəli Xəbərlər