Menyu

Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Operativ Media
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb
1 dəq oxu

Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində azı 132 nəfər həlak olub, 570 nəfər isə yaralanıb.

Operativ Media "BluRadio" radiostansiyasına istinadən xəbər verir ki, genişmiqyaslı dağıntılar səbəbindən ölkənin 32 şəhərində qırmızı təhlükə səviyyəsi elan edilib.

Xatırladaq ki, 7,4 maqnitudalı zəlzələ bu gün yerli vaxtla səhər saat 7:34-də Kolumbiyanın qərbində baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri paytaxt Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində, o cümlədən Panamada da hiss olunub.

Əlaqəli Xəbərlər